
Əlavə xidmətlər
Siz regional lisenziya tələb edən Maps
xidmətini tam səslə idarə olunan
naviqasiyaya quraşdıra bilərsiniz.
Bu xidmətdən istifadə etmək üçün
Bluetooth simsiz texnologiyasını
dəstəkləyən müvafiq GPS cihazınız
olmalıdır.
Səslə idarə olunan naviqasiya xidmətini
satın almaq üçün
Menyu
>
Gündəlik
>
Xəritələr
>
Əlavə xidmətlər
>
Naviqasiya
satın al
seçin və təlimatlara əməl edin.
Səslə idarə olunan naviqasiyadan istifadə
etmək üçün Xəritələr proqramının şəbəkə
bağlantısından istifadə etməsinə icazə
verməlisiniz.
Naviqasiya lisenziyası SIM kartınıza
qoşulur. Telefonunuza başqa SIM kart
daxil etməsiz, naviqasiyaya başladıqda
lisenziya satın almağınız tələb olunur.
Satınalma proseduru zamanı əlavə xərc
ödəmədən mövcud naviqasiya
lisenziyasını yeni SIM karta ötürməyiniz
təklif olunur.
Nokia PC Suite ilə
telefonunuz və
kompyuteriniz arasında
musiqi, kontaktlar və
təqvimləri idarə etmək
imkanının olduqunu
bilirdinizmi?