Rəqəmli (müəllif) hüquqların idarəsi
Sahiblərin geniş hissəsi müəllif hüquqları da daxil olmaqla,
öz intellektual mülkünü qorumaq məqsədi ilə Rəqəmli
hüquqlar idarəsinin (RHİ) müxtəlif texnologiya növlərindən
istifadə edə bilər. Bu cihaz RHİ tərəfindən qorunan tərkibə
daxil olmaq üçün RHİ proqramlarının müxtəlif növlərindən
istifadə edir. Bu cihazla WMDRM 10, OMA DRM 1.0, OMA
DRM 1.0 ön kilid və OMA DRM 2.0 ilə qorunan məzmuna
daxil ola bilərsiniz. Əgər hansısa RHİ proqramı tərkibi qoruya
bilmirsə, onda tərkibin sahibləri bu kimi RHİ proqramının yeni
RHİ tərəfindən qorunan tərkibə daxil olmasının ləğv
olunmasını tələb edə bilərlər. Bu kimi RHİ proqramının ləğv
edilməsi artıq sizin cihazınızda RHİ tərəfindən qorunan
tərkibin yeniləşməsinin qarşısını ala bilər. Belə RHİ
proqramının ləğvi RHİ başqa növləri tərəfindən qorunan
digər tərkiblərin istifadəsinə, və ya RHİ tərəfindən
qorunmayan tərkiblərə təsir etməyəcək.
Rəqəmli hüquqların idarəsi (RHİ) tərəfindən qorunan tərkib
birgə fəallaşdırma düyməsi vasitəsilə görünür ki, bu da
tərkibdən istifadə etmək üçün Sizin hüquqlarınızı
müəyyənləşdirir.
Cihazınız OMA DRM ilə qorunan tərkibə sahibdirsə,
aktivləşdirmə kodları və tərkibin nüsxəsini çıxarmaq üçün
Nokia PC Suite proqramının nüsxə çıxarma funksiyasından
istifadə edin. Cihazınız OMA DRM ilə qorunan tərkibə
sahibdirsə, aktivləşdirmə kodları və tərkibin nüsxəsini
çıxarmaq üçün Nokia Ovi Suite proqramının nüsxə çıxarma
funksiyasından istifadə edin.
Əgər sizin cihazda WMDRM qorunan tərkib varsa, cihaz
yaddaşının formatlanması zamanı fəallaşdırma kodları və
tərkib itiriləcək. Sizin cihazınızdakı faylların pozulması
zamanı da fəallaşdırma düymələri və tərkibdən məhrum ola
bilərsiniz. Fəallaşdırma düymələri, və ya tərkibin itirilməsi
Sizin cihazınızda həmin tərkibdən təkrar istifadə etmək
imkanınızı məhdudlaşdıra bilər. Daha geniş məlumat almaq
üçün Sizə xidmət göstərən müəssisə ilə əlaqə saxlayın.
Bəzi fəallaşdırma düymələri xüsusi SİM karta qoşulu ola bilər
və yalnız SİM kart daxil edilərsə qorunan tərkibə daxil olmaq
olar.