
Bluetooth simsiz texnologiyası
Bluetooth texnologiyası sizə cihazınızı
radiodalğalardan istifadə edərək uyğun
olan Bluetooth cihazına 10 metrə
daxilində (32 fut) qoşmaq imkanı verir.
Bu cihaz aşağıdakı profilləri dəstəkləyən
Bluetooth texnologiyasına 2.1 + EDR
20
Onu öz cihazınıza çevirin
© 2009 Nokia. Bütün hüquqlar qorunur
20

uyğundur: SIM giriş, obyekt göndərilməsi,
fayl ötürülməsi, dial-up şəbəkə, qulaqlıq,
aksessuar, ümumi giriş, seriya portu,
ümumi obyekt dəyişdirməsi, qabaqcıl
audio paylaşma, audio video uzaqdan
idarəetmə və ümumi audio/video
çatdırılma, xidmət tapılması proqramı,
şəxsi sahə şəbəkəsi və telefon
kitabçasına giriş . Bluetooth
texnologiyasını dəstəkləyən digər
cihazlarla qarşılıqlı əlaqəni təmin etmək
üçün Nokia tərəfindən bu cihaz üçün
təsdiq edilmiş aksessuarlardan istifadə
edin. Digər qurğuların bu qurğuya uyğun
olması və ya olmamasını müəyyən etmək
üçün həmin qurğuların istehsalçıları ilə
əlaqə saxlayın.
Bluetooth texnologiyasından istifadə
edən funksiyalar batareyadan istifadəni
artırır və batareyanın ömrünü azaldır.
Sizin simsiz cihazınız uzaqdan idarə
olunan SİM rejimində olduğu zaman, Siz
zəng etmək, və ya zəngləri qəbul etmək
üçün ancaq maşın üçün dəst kimi qoşulu
uyğun aksessuardan istifadə edə
bilərsiniz.
Simsiz cihazınız bu rejimdə olarkən onda
proqramlaşdırılmış təcili yardım xidməti
nömrələrindən başqa heç bir nömrəyə
zəng etməyəcək.
Zəng etmək üçün Siz əvvəlcə kənardan
idarə olunan SİM rejimindən çıxmalısınız.
Əgər cihaz kilidlənmişsə, onu açmaq
üçün öncə kilid kodunu daxil edin.
Bluetooth bağlantısının açılması
1
Menyu
>
Parametrlər
>
Bağlantı
>
Bluetooth
seçin.
2 Seçin
Telefonumun adı
və cihazınız
üçün adı daxil edin.
3 Bluetooth əlaqəsini aktivləşdirmək
üçün seçin
Bluetooth
>
Yansın
.
göstərir ki, Bluetooth əlaqəsi aktivdir.
4 Cihazınızı audio aksessuara qoşmaq
üçün
Audio aksessuara qoş
və
aksessuarı seçin.
5 Cihazınızı məsafədə olan istənilən
Bluetooth cihazı ilə cütləşdirmək
üçün seçin
Cütlənmiş qurğular
>
Yeni qurğu əlav.et
.
6 Tapılmış cihaz üzərinə keçin və
Əlavə et
seçin.
7 Cihazınıza parolu daxil edin (16
işarəyə qədər) və digər Bluetooth
cihazında əlaqəyə icazə verin.
Gizli rejimdə telefonun istifadəsi zərərli
proqramlardan mühafizə olunmaq üçün
ən etibarlı üsuldur. Etibar etmədiyiniz
mənbələrdən Bluetooth əlaqəsini qəbul
etməyin. Digər alternativ – Bluetooth
funksiyasını söndürün. Bu, telefonun
digər funksiyalarına təsir etməyəcək.
Kompyuterinizi İnternetə qoşun
Siz uyğun olan kompyuterinizi İnternetə
qoşmaq üçün Bluetooth
texnologiyasından istifadə edə bilərsiniz.
Cihazınız İnternetə qoşula bilməlidir
(şəbəkə xidməti) və kompyuteriniz
Bluetooth texnologiyasını
dəstəkləməlidir. Cihazda şəbəkə giriş
nöqtəsi (NAP) xidmətinə qoşulduqda və
kompyuteriniz ilə cütləşdikdə cihazınız
avtomatik olaraq İnternet ilə paket
məlumatının bağlantısını açır.