
Möhkəmlik
Cihazınız sərt ətraf mühit üçün yaradılıb.
O, su və toza qarşı müdafiə üzrə IEC
60529/səviyyə IP54 beynəlxalq standartı
və zərbəyə qarşı müdafiə üzrə IEC
60068-2-27 standartına uyğun olaraq
sınaqdan keçib və təsdiqlənib.
Bu cihazla istifadə ediləcək aksessuarlar
cihazın malik olduğu davamlılıq və ya toz
yaxud suya davamlılıq xüsusiyyətlərinə
malik deyil. Misal üçün, enerji qurğuları
(batareyanı dolduran qurğular) yalnız
quru vəziyyətdə istifadə edilə bilər. Onlar
nəm və ya rütubətli yerdə istifadə edilə
bilməz.
Cihazınızın nəm və rütubətli şəraitdə
istifadəsi
•
Suya davamlılıq yalnız təmiz suya
qarşı müdafiədir. Cihazı heç bir digər
növ mayenin təsirinə məruz etməyin.
Məsələn, cihazı dəniz suyuna,
içkilərə, palçığa yaxud maye kimyavi
maddələrə yaxud yuyucu maddələrin
təsirinə məruz etməyin.
•
Cihazı suya salmayın.
•
Cihazı isti suyun təsirinə məruz
etməyin.
•
Əgər cihaz suyun təsirinə məruz
qalıbsa, onu təmiz parça ilə silin.
Əgər cihaz duzlu suya yaxud digər
mayenin təsirinə məruz qalıbsa,
dərhal cihazın üzərinə bir az təmiz su
sıçrayın. Cihaz ehtiyatla
qurulanmalıdır.
•
Əgər aşağı konnektorlar çirkli, yaş ya
nəmdirlərsə, onlara heç vaxt heç nə
qoşmayın. Məsələn, cihazın aşağı
hissəsində yerləşən birləşdiricilər yaş
və ya nəm olduqda cihazın
batareyasını yükləməyin.
Konnektorlara nəyisə güclə qoşmağa
heç vaxt cəhd etməyin çünki nəticədə
cihaz nasaz vəziyyətə düşə bilər.
•
Arxa qapağı açmazdan əvvəl (1),
cihazı təmizləyin və qurulayın ki, su
və toz cihazın içinə düşməsin və
cihazı yalnız quru və təmiz şəraitdə
açın. Əmin olun ki, cihazın içi və arxa
qapağı (1) qurudur, təmizdir və xarici
əşyalardan azaddır. Xarici əşyalar
yaxud toz suya qarşı izolyasiya qatını
zədələyə bilər.
•
Əgər konnektorlar tozludur, istifadə
edilməzdən əvvəl onlar ehtiyatla
təmizlənməlidir. Aşağı konnektorları
və aşağı konnektor sahəsini
təmizləmək üçün siz cihazın aşağı
hissəsindəki konnektor qapağını (2)
aça bilərsiniz və tozu təmizləmək
üçün cihazın üzərinə ehtiyatla bir az
təmiz su sıçrayın. Cihazı və
konnektor sahəsini ehtiyatla qurulana
qədər silin. Konnektorların daxili
hissəsi qurumalıdır. Konnektorlara
yaxud konnektor sahəsinə heç vaxt
heç bir alət daxil etməyin.
Möhkəmlik
5
© 2009 Nokia. Bütün hüquqlar qorunur
5

1 Arxa qapaq
2 Konnector qapağı
6
Möhkəmlik
© 2009 Nokia. Bütün hüquqlar qorunur
6

Cihazınızı istifadə üçün
hazır etmək istəyirsiniz?
Ətraf mühitin sərt olduğu
halda belə möhkəmlik və
davamlılığa etibar edin.