
Sizin cihaz haqqında
Bu təlimatda təsvir edilmiş simsiz cihaz
GSM 900, 1800 və 1900 MHz
şəbəkələri-da istifadə üçün təsdiq
edilmişdir. Şəbəkə haqqında daha ətraflı
məlumat əldə etmək üçün xidmət
provayderinizlə əlaqə saxlayın.
Cihazınızda üçüncü tərəf internet saytları
üçün əvvəlcədən qurulan əlfəcinlər və
bəndlər ola bilər və sizə üçüncü tərəf
saytlara daxil olmağa imkan verə bilər.
Bunlar Nokianın himayəsində deyil və
Nokia onlara görə məsuliyyət daşımır.
Əgər siz belə saytlara daxil olsanız,
təhlükəsizlik və ya tərkib üçün ehtiyat
tədbirlərini həyata keçirin.
Xəbərdarlıq:
Zəngli saat istisna olmaqla bu cihazın
bütün imkanlarının istifadəsi üçün telefon
işə salınmalıdır. Simsiz cihaz maneə və
ya təhlükə törədə biləcəyi hallarda
telefonu işə salmayın.
Bu cihazdan istifadə edərkən bütün
qanunlara riayət edin və müəllif hüquqları
da daxil olmaqla, yerli adətlərə, digər
şəxslərin şəxsi işlərinə və qanuni
hüquqlarına hörmət edin. Müəlliflik
hüquqlarının mühafizəsi müəyyən
şəkillərin, zəng siqnalları melodiyalarının
və digər məzmunlu funksiyaların surətinin
çıxarılmasına, dəyişdirilməsinə və ya
köçürülməsinə mane ola bilər.
Cihazınızın yaddaşında saxladığınız
bütün zəruri məlumatın ehtiyat nüsxəsini
çıxarın və ya yazılı qeyd edin.
Digər cihaza qoşularkən təhlükəsizliklə
bağlı ətraflı məlumatı əldə etmək üçün
onun istifadə təlimatını oxuyun. Uyğun
olmayan məhsulları qoşmayın.
Bu təlimatlardakı şəkillər cihazınızın
ekranındakından fərqli ola bilər.
Cihazınız haqqında digər mühüm
məlumatları bilmək üçün istifadəçinin
təlimatlarına müraciət edin.