
Zavod parametrlərini bərpa et
Telefonu zavod parametrlərinə yenidən
qurmaq üçün
Menyu
>
Parametrlər
>
Zvod prm. bər. et
və aşağıdakılardan
birini seçin:
Yal. prm. bərpa et — Heç bir şəxsi
məlumatı silmədən bütün mövcudluq
parametrlərini yenidən qurun.
Hamsını bərpa et — Kontaktlar, mesajlar,
mediya faylları və aktivləşdirmə kodları
kimi bütün üstünlük parametrlərini
yenidən qurun və bütün şəxsi məlumatları
silin.
Ətraf mühitin qorunması üzrə
məsləhətlər
Burada ətraf mühitin qorunmasında
kömək edə biləcəyiniz barədə
məsləhətlər verilir.
Enerjiyə qənaət
Batareyanı tam doldurduqdan və adapteri
telefondan çıxartdıqdan sonra adapteri
rozetkadan da çıxarın.
Əgər aşağıdakılara etsəniz, batareyanızı
tez-tez doldurmağa ehtiyac olmayacaq:
•
İstifadə etmədiyiniz proqramları,
xidmətləri və birləşmələri bağlayın ya
söndürün.
•
Ekranın işıqlanma dərəcəsini
azaldın.
•
Əgər telefonun funksiyası buna
imkan verirsə, telefonu minimum
işsizlik müddəti ötdükdən sonra
enerjiyə qənaət rejiminə keçməsini
qurun.
•
Düymə səsləri və zəng tonları kimi
digər lazımsız səsləri söndürün.
Tullantıların təkrar istifadəsi
Nokia telefonunda olan materialların
çoxusu utilizasiya edilə bilər. Nokia
məhsullarınızı təkrar istifadəyə necə
təhvil vermək barədə məlumatı
www.nokia.com/werecycle və ya mobil
cihazı ilə www.nokia.mobi/werecycle
veb-səhifələrində əldə edə bilərsiniz.