
Kompyuterdən istifadə ilə proqram
yenilənməsi
Proqram təminatının yenilənmələrinə
cihazınızı aldığınız zaman mövcud
olmayan yeni funksiyalar və təkmilləşmiş
imkanlar daxil ola bilər. Proqram
təminatının yenilənməsi həmçinin
Dəstək və yeniləmələr
45
© 2009 Nokia. Bütün hüquqlar qorunur
45

cihazınızın göstəricilərini də yaxşılaşdıra
bilər.
Nokia Software Updater proqramı
cihazınızın proqram təminatını
yeniləşdirməyə imkan verən kompyuter
proqramıdır. Cihazınızın proqram
təminatını yeniləşdirmək üçün sizə
müvafiq texniki göstəricilərə uyğun olan
kompyuter, geniş zolaqlı İnternet
bağlantısı və müvafiq USB kabeli lazımdır
ki, cihazlnızı kompyuterə qoşasınız.
Daha ətraflı məlumatı, proqramın ən son
versiyaları üzrə qeydləri əldə etmək
Nokia Software Updater proqramını
yükləmək üçün www.nokia.com/
softwareupdate və ya öz yerli Nokia veb-
səhifələrinə müraciət edin.
Cihazın proqram təminatını
yeniləşdirmək üçün aşağıdakıları edin:
1 Nokia Software Updater proqramını
kompyuterinizə yükləyin və
quraşdırın.
2 USB kabelindən istifadə edərək
cihazınızı kompyuterə qoşun və
Nokia Software Updater proqramını
açın. Nokia Software Updater
proqramı fayllarınızın rezerv
nüsxəsini çıxarmaq, proqramı
yeniləşdirmək və fayllarınızı bərpa
etmək üçün sizə kömək edəcək.