
Dəstək və yeniləmələr
Nokia sizə cihazınızdan ən səmərəli
şəkildə istifadə etmək üçün bir çox şəkildə
kömək edir.
Dəstək
Məhsulunuzdan necə istifadə etməyiniz
barədə daha ətraflı öyrənmək və
cihazınızın necə çalışdığını təmin etmək
üçün, istifadəçi təlimatına yaxud
www.nokia.com/support yaxud yerli
Nokia veb-saytında, www.nokia.mobi/
support (mobil cihazı ilə) dəstək
səhifələrinə baxın.
Əgər bu sizin məsələnizi həll etmirsə,
aşağıdakını edin:
•
Cihazı söndürüb işə salın: cihazı
söndürün və batareyanı çıxardın.
Təxminən bir dəqiqədən sonra
batareyanı yenidən daxil edib cihazı
yandırın.
•
Nokia Software Updater proqramı
vasitəsilə cihazınızın proqram
təminatını optimal iş göstəriciləri və
mümkün olan yeni xüsusiyyətlər üçün
mütəmadi şəkildə yeniləyin.
www.nokia.com/softwareupdate
yaxud yerli Nokia veb-saytınıza
baxın. Cihazın proqram təminatını
yeniləməkdən əvvəl onun
məlumatının rezerv nüsxəsini
çıxartmağı unutmayın.
•
İstifadəçi təlimatında göstərildiyi kimi
orijinal istehsalçı parametrlərini bərpa
edin.
Əgər bu məsələ yenə də həll olunmursa,
Nokia ilə təmir üçün əlaqə saxlayın. Baxın
www.nokia.com/repair. Cihazınızı təmirə
göndərməkdən əvvəl həmişə
cihazınızdakı məlumatın rezerv nüsxəsini
çıxardın.