
Yaddaş kartının daxiledilməsi və
cıxardılması
Yalnız Nokia tərəfindən təsdiqlənmiş bu
cihaz üçün uyğun olan microSD kartları
istifadə edin. Nokia yaddaş kartları üçün
təsdiqlənmiş sənaye standartlarından
istifadə edir, amma bəzi kart modelləri bu
cihaza tam uyğun olmaya da bilər. Uyğun
olmayan yaddaş kartının istifadəsi
yaddaş kartını, habelə cihazı zədələyə
bilər, həmçinin kartda saxlanılan məlumat
pozula bilər.
Sizin cihazınız 8 GB-a qədər yaddaş ilə
microSD kartlarını dəstəkləyir.
Bir faylın ölçüsü 2 GB-dan artıq
olmamalıdır.
Yaddaş kartının daxiledilməsi
1 Arxa qapağı və batareyanı çıxardın.
2 Yaddaş kartının saxlayıcısını açın
(1).
3 Yaddaş kartının kontakt yerləri
üzüaşağı olmaq şərtilə yerinə taxın
(2).
4 Yaddaş kartının saxlayıcısını
bağlayın (3, 4).
5 Batareyanı və arxa qapağı yerinə
taxın.
Yaddaş kartının çıxardılması
1 Arxa qapağı və batareyanı çıxardın.
2 Yaddaş kartının saxlayıcısını açın və
yaddaş kartını çıxarın. Yaddaş
kartının saxlayıcısını bağlayın.
3 Batareyanı və arxa qapağı yerinə
taxın.
Cihazın işə salınması
9
© 2009 Nokia. Bütün hüquqlar qorunur
9