
Təkrar emal
İstifadə edilmiş elektron məhsulları, batareyaları və
qablaşdırma materiallarını həmişə təyin edilən toplama
nöqtəsinə qaytarın. Bu yolla siz tullantıların nəzarətsiz
atılmasının qarşısını almağa və materialların təkrar emal
etməsinə kömək edirsiniz. Daha ətraflı məlumatı pərakəndə
satıcıdan, tullantıların atılmasına nəzarət edən yerli
orqanlardan, milli istehsalçılara nəzarət təşkilatlarından və
ya yerli Nokia nümayəndəliyindən əldə edə bilərsiniz. Nokia
məhsullarınızı necə təkrar emal etdirməli olduğunuz barədə
www.nokia.com/werecycle ünvanından və ya internetə mobil
telefondan daxil olmusunuzsa www.nokia.mobi/werecycle
ünvanından məlumat əldə edə bilərsiniz.
Məhsulunuzun, batareyanın üzərindəki X işarəli çarxlı qutu
işarəsi, mətn və ya qablaşdırma sizə xatırladır ki, bütün
elektrik və elektronik məhsullar, batareyalar və
akumulyatorlar istifadə müddətləri bitdikdə ayrı yerlərə
atılmalıdır. Bu tələb Avropa İttifaqında tətbiq olunur. Bu
məhsulları çeşidləndirilməmiş bələdiyyə tullantılarının
arasına yerləşdirməyin. Ətraf mühitlə bağlı daha ətraflı
məlumat üçün məhsulun Eko-Deklarasiyalarına
www.nokia.com/environment ünvanından baxın.