
Baxım və texniki qulluq
Sizin cihaz əla keyfiyyətli dizayn və sənətkarlıq məhsuludur
və ehtiyatla qorunmalıdır. Aşağıda göstərilən təkliflər
zəmanətin əhatə etdiyi sahələrin qorunmasına yardım
edəcək.
•
Cihazı tozlu, kirli yerlərdə istifadə etməyin və
saxlamayın. Onun ayrıla bilən hissələri və elektron
komponentləri zədələnə bilər.
•
Cihazı isti yerdə saxlamayın. Yüksək temperatur
elektron cihazların istehlak müddətini qısalda,
batareyaları zədələyə və müəyyən plastik hissələri əyə
və ya əridə bilər.
•
Cihazı soyuq yerdə saxlamayın. Cihaz normal
temperatura qayıtdıqda cihazın içində nəmlik yarana
bilər bə bunun nəticəsində elektron sxemlərin plataları
zədələnə bilər.
•
Cihazı yalnız bu təlimatda göstərilmiş qaydada açın.
•
Cihazı yerə salmayın, taqqıldatmayın və ya
silkələməyin. Kobud rəftar daxili montaj platasını və
dəqiq mexanika elementlərini qıra bilər.
•
Cihazın təmizlənməsi üçün sərt kimyəvi
preparatlardan, təmizləyici həlledicilərdən və ya güclü
tozlardan istifadə etməyin.
•
Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri
tıxaya və müvafiq əməliyyatlara mane ola bilər.
•
Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici
antenalardan istifadə edin. Qadağan edilmiş
antenaların, modifikasiyaların və ya aksessuarların
istifadəsi sizin cihazı zədələyə bilər və radio
cihazlarının istifadəsini tənzimləyən qaydaların
pozulmasına səbəb ola bilər.
•
Batareyanı bağlı otaqda doldurun.
•
Cihazınızı xidmət şəbəkəsinə göndərdikdə həmişə
saxlamaq istədiyiniz məlumatın (əlaqələr və təqvim
qeydləri kimi) ehtiyat nüsxəsini çıxarın.
•
Optimal iş rejimi üçün cihaz vaxtaşırı söndürülməlidir,
bunun üçün cihazı söndürün və batareyanı çıxarın.
Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin
cihazınıza, batareyaya, adapterə və ya hər hansı
aksessuara şamil edilir. Hər hansı cihaz düzgün işləmədikdə
onu təmir üçün yaxınlıqda yerləşən səlahiyyətli xidmət
şəbəkəsinə aparın.