
enerjı qurğusundan ayırın.
Adapter istifadə edilmədikdə, onu elektrik rozetkadan və
telefondan ayırın. Tam doldurulmuş batareyanı dolduran
qurğuya birləşmiş saxlamayın, çünki normadan artıq
batareyanın doldurulması onun istehlak müddətini qısalda
bilər. İstifadə edilmədikdə tam doldurulmuş batareya
enerjisini vaxt keçdikcə itirir.
Həmişə batareyanı 15°C və 25°C (59°F və 77°F) dərəcə
arasında saxlamağa çalışın. Kəskin temperaturlar
batareyanın fəaliyyətini və ömrünü azaldır. Batareyası isti və
ya soyuq olan cihaz qaydasında işləməyə bilər. Batareyanın
iş keyfiyyəti donma nöqtəsindən aşağıda olan dərəcələrdə
xüsusilə məhdud olur.
Batareyanın qısa qapanmasına yol verməyin. Təsadüfi qısa
qapanma dəmir pul, sıxac, və ya qələm kimi metal əşyalar
birbaşa batareyanın müsbət (+) və mənfi (-) terminalları ilə
əlaqədə olduqda baş verə bilər. (Bu batareyanın üzərində
metal zolaqlar kimi görsənir.) Bu, misal üçün, ehtiyat
batareyasını cibinizdə və ya pul kisəsində gəzdirdikdə baş
verə bilər. Terminalların qısa qapanması batareyaya və ya
əlaqədə olan əşyaya zərər verə bilər.
Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda
atmayın. Batareyalar zədələndikdə də partlayışa səbəb ola
bilər. Batareyaları yerli qaydalara müvafiq olaraq məhv edin.
Mümkün olduqda batareyanı təkrar emal etdirin. Ev tullantısı