
Batareya və adapter barədə məlumat
Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir.
Bu cihazda istifadə olunması nəzərdə tutulan batareya
BL-5CT. Nokia bu cihaza uyğun əlavə batareya modelləri
düzəldə bilər. Bu cihaz üçün aşağıdakı adapterlər nəzərdə
tutulmuşdur: AC-8/AC-15 . Adapter modelinin dəqiq nömrəsi
ştepselin növündən asılı olaraq müxtəlif ola bilər. Ştepselin
variantı aşağıdakılardan birinə görə təyin edilir: E, EB, X, AR,
U, A, C və ya UB.
Batareya yüzlərlə dəfə doldurula və boşaldıla bilər lakin vaxt
keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə
rejimlərinin vaxtı normal vaxtdan qısadırsa batareyanı
dəyişin. Yalnız Nokia tərəfindən təsdiq edilmiş
batareyalardan istifadə edin və batareyanızın doldurulması
üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün
nəzərdə tutulmuş batareya dolduran qurğuları istifadə edin.
Təsdiq edilməyən batareya və ya adapterin istifadəsi yanğın,
partlayış, sızma və ya digər təhlükələr yarada bilər.
Batareya ilk dəfə istifadə edilərkən və ya batareya uzun
müddət istifadə edilmədikdə enerji qurğusunu cihaza
birləşdirmək, sonra ayırmaq və batareyanın doldurulmasının
başlanması üçün təkrar birləşdirmək tələb oluna bilər.
Batareya tam boşaldıqda ekranda batareyanın doldurulması
indikatorunun peyda olması və ya zəng edilməsi üçün bir
neçə dəqiqə tələb oluna bilər.
Rəqəmli (müəllif) hüquqların idarəsi
49
© 2009 Nokia. Bütün hüquqlar qorunur
49

Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı söndürün və