
Brauzer təhlükəsizliyi
Bank xidmətləri və ya onlayn alış-veriş
kimi xidmətlər üçün təhlükəsizlik
funksiyaları tələb oluna bilər. Bu cür
bağlantılar üçün sizə SIM kartınızda
mövcud ola bilən təhlükəsizlik
sertifikatları və mümkün olaraq
təhlükəsizlik modulu tələb oluna bilər.
Əlavə məlumat üçün xidmət
təminatçınızla əlaqə saxlayın.
Təhlükəsizlik modulu parametrlərini
dəyişmək və ya cihazınıza yüklənilmiş
səlahiyyət yaxud istifadəçi
sertifikatlarının siyahısına baxmaq üçün
Menyu
>
Parametrlər
>
Təhlükə/-sizlik
>
Təhl. modulu prmtr.
,
İcazə sertifikatları
yaxud
İstif. sertifikatları
seçin.
Mühüm: Sertifikatların istifadəsi uzaq
məsafəli birləşmələrdə və proqramların
yüklənməsində yaranan riskləri
əhəmiyyətli dərəcədə azaltmasına
baxmayaraq, bu sertifikatlar
təkmilləşdirilmiş təhlükəsizlikdən daha
çox faydalanmaq üçün düzgün istifadə
edilməlidir. Sertifikatın mövcudluğu özü-
özlüyündə qorunmanı təmin etmir;
sertifikatı idarə edən proqramda daha
təkmilləşdirilmiş təhlükəsizlik üçün
düzgün, orijinal və ye etibarlı sertifikatlar
olmalıdır. Sertifikatlar məhdud istifadə
müddətinə malikdir. Əgər sertifikatınız
qüvvədə olduğu zaman "Sertifikatın vaxtı
keçib və ya Sertifikat qüvvədə deyil"
ifadələri göstərilirsə, cihazınızda
qurulmuş tarixin və vaxtın düzgün
olmasını yoxlayın.
Sertifikat parametrlərini dəyişdirməzdən
əvvəl siz əmin olmalısınız ki, siz
həqiqətən sertifikatın sahibinə etibar
edirsiniz və sertifikat həqiqətən siyahıda
olan sahibə məxsusdur.