
İş mühiti
Bu qurğu, normal istifadə zamanı qulağa qoyulduqda,
həmçinin bədəndən ən azı 1,5 sm (5/8 düym) məsafədə
olduqda belə radiotezliklərin təsiri haqda rəhbər göstərişlərin
tələblərini ödəmək iqtidarındadır. Üstünüzdə gəzdirmək
üçün daşıma qabı, kəmər qısqacı və ya tutqacdan istifadə
edirsinizsə, metal tərkibli olmamalı və bədəninizdən
yuxarıda göstərilən məsafədə uzaq olmalıdır.
Məlumat faylları və ya mesajları ötürmək üçün bu cihaz
keyfiyyətli şəbəkə bağlantısı tələb edir. Müəyyən hallarda
belə əlaqə təmin edilməyincə faylların və ya mesajların
göndərilməsi ləngidilə bilər. Məlumatın göndərilməsi bitənə
qədər əmin olun ki, yuxarıda göstərilən ayırma məsafəsinə
riayət edilir.