
Avtomobillər
RT siqnalları elektron yanacaq injektor sistemləri, elektron
antikilidləmə əyləc sistemləri, elektron sürət tənzimləyici
sistemlər və hava yastığı sistemləri kimi avtomobillərdə
düzgün quraşdırılmayan və ya lazımi qaydada qurulmayan
elektron sistemlərə təsir göstərə bilər. Daha ətraflı məlumat
üçün avtomobilinizin və ya hər hansı qoşulan avadanlığın
istehsalçısı və ya rəsmi nümayəndəliyinə müraciət edin.
Ancaq ixtisaslı işçilər avtomobilə cihaz quraşdırmalı və ya
təmir etməlidir. Səhv quraşdırma və ya təmir etmə təhlükəli
ola bilər və cihaza tətbiq edilən hər hansı zəmanəti yararsız
edə bilər. Mütəmadi olaraq avtomobilinizə quraşdırılan
cihazın düzgün quraşdırıldığı və işlədiyini yoxlayın. Cihaz,
onun hissələri və ya aksessuarları ilə eyni bölmədə alışan
mayelər, qazlar və ya partlayıcı maddələri saxlamayın və ya
daşımayın. Hava yastığı olan avtomobillər üçün unutmamaq
lazımdır ki, hava yastıqları yüksək güclə açılır. Quraşdırılan
və ya portativ simsiz cihaz daxil olmaqla, əşyaları hava
yastığının üzərinə və ya onun olduğu sahəyə yerləşdirməyin.
Əgər daxili simsiz cihaz düzgün quraşdırılmayıbsa və hava
yastığı açılsa, ciddi zədə və ya yaralanma ola bilər.
Təyyarədə uçarkən cihazdan istifadə qadağandır.
Təyyarəyə minməzdən əvvəl cihazı söndürün. Təyyarədə
simsiz telecihazlardan istifadə təyyarənin işləməsi üçün
təhlükəli ola bilər, simsiz telefon şəbəkəsini korlaya bilər və
qeyri-qanuni ola bilər.