
Zəng parametrləri
Menyu
>
Parametrlər
və
Zəng et
və
aşağıdakılardan seçin:
Zəng yönləndirməsi — Daxil olan
zəngləri yönləndirmək (şəbəkə xidməti).
Zəngə qadağanetmə funksiyalarından
bəziləri aktiv olarsa, zəngləriniz
yönləndirilməyə bilər.
Hər düymə ilə cavab — Daxil olan zəngə
işəsalma düyməsi, sol və sağ seçim
düymələri və ya tamamlama düyməsi
istisna olmaqla istənilən düyməni
basaraq cavab vermək.
Avto. təkrar zəng — Zəng uğursuz
nəticələnsə, cihaz nömrəni avtomatik
şəkildə təkrar yığır. Cihaz nömrəyə 10
dəfə zəng etməyə çalışır.
Səs təmizliyi — Danışıq aydınlığının
artırılması, xüsusən də səsli mühitlərdə.
Tez zəng — Müvafiq rəqəm düyməsini
basıb saxlayaraq rəqəm düymələrinə
(2-9) təyin edilən ad və telefon
nömrələrini yığmaq.
Gözləmə xidm çağır — Şəbəkə sizi cari
zəng zamanı daxil olan zəng barəsində
məlumatlandırır (şəbəkə xidməti).
Zəng müddəti displ. — Davam edən
zəngin müddətini göstərmək.
Zəngdən sonra məlm — Hər zəngdən
sonra təxmini müddətin göstərilməsi.
Nömrəmi göndər — Zəng etdiyiniz şəxsə
telefon nömrənizi göstərmək (şəbəkə
xidməti). Xidmət təminatçınızla
razılaşdırılmış parametrindən istifadə
etmək üçün seçin
Şəbəkə ilə qoş
.
Çıx. zəng. üç. xətt — SIM kartınız
çoxsaylı telefon xəttlərini dəstəkləyirsə
(şəbəkə xidməti), zənglərin edilməsi üçün
telefon xəttini seçin.